Banklardakı əmanətlərin 47 faizi milli valyutada qoyulub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Banklardakı əmanətlərin 47 faizi milli valyutada qoyulub

16:57 - 16 / 12 / 2020
Banklardakı əmanətlərin 47 faizi milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə, noyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği oktyabr ayı ərzində 36 milyon manat artaraq 7 milyard 870,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, əmanətlərin 53 faizi xarici, 47 faizi isə milli valyutada qoyulub. Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2,01 (1,93) manata, 100 türk lirəsinə 21,34 (24,69) manata, 100 rus rubluna 2,21 (2,37) manata bərabər olub.

Qafar Ağayev

 

Paylaş:
502

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər