Türk Şurası ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını pislədi
Azərbaycanın sədrlik etdiyi Türk Şurası ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını pisləyib.
1news.az xəbər verir ki, bu barədə Türk Şurasının rəsmi "Twitter" səhifəsində bildirilir.
Məlumatda qeyd edilir: "ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyaların tətbiqi haqqında qərarı ədalətsizdir. Biz Türkiyəni və onun bu məsələni dialoq və diplomatiya yolu ilə obyektiv, realist və siyasi tərəfsiz şəkildə həll etməsi təklifini dəstəkləyirik".
1news.az
466