10 gün ərzində Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyana görə əhaliyə yardımlar ödəniləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

10 gün ərzində Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyana görə əhaliyə yardımlar ödəniləcək

16:45 - 17 / 12 / 2020
10 gün ərzində Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyana görə əhaliyə yardımlar ödəniləcək

Baş nazir Əli Əsədov "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə" sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncama əsasən, Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etməlidirlər.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.

1news.az

Paylaş:
506

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər