Yaponiyada qəzetdə ermənilərin Azərbaycan şəhərlərini viranə qoyması barədə məqalə dərc olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yaponiyada qəzetdə ermənilərin Azərbaycan şəhərlərini viranə qoyması barədə məqalə dərc olunub

13:59 - 19 / 12 / 2020
Yaponiyada qəzetdə ermənilərin Azərbaycan şəhərlərini viranə qoyması barədə məqalə dərc olunub

Yaponiyanın “Shugoku Shimbun” qəzetində 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılmış Azərbaycan şəhərlərinin və kəndlərinin ermənilər tərəfindən viran qoyulmasına dair məqalə dərc edilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Qayıtmağı arzulasalar da, doğma şəhərlərini dağıdılmış vəziyyətdə gördülər” adlı məqalədə ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmasından bəhs edilir. Cari il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş müharibə nəticəsində Azərbaycan qoşunları tərəfindən azad edilən ərazilərə şəxsən səfər etdiyini bildirən müəllif Şinuci Haşimoto bu ərazilərdə böyük dağıntıların şahidi olmasından yazır. O, “ruhlar şəhəri” adını almış Ağdam və Fizuli rayonlarında evlərin və digər sosial obyektlərin yalnız divarlarının qaldığını bildirir. Müəllif tərəfindən təqdim edilən fotolarda dağıdılmış evlər, məscidlər, partlamamış raket aydın görünür.

Həmin rayonlara getmək üçün yola təqribən beş saat vaxt sərf etdiyini qeyd edən müəllif yol boyunca əkin sahələrinin yerləşdiyini, bu sahələrin xüsusən pambıq əkini üçün səmərəli olduğunu bildirir. Vurğulayır ki, yolboyu qarşılaşdığı yaşayış məskənlərinin hamısında ermənilər tərəfindən dağıdılmış obyektlərin, viranə qoyulmuş yaşayış məskənlərinin şahidi olub.

Yazıda müəllifin yerli sakinlərlə söhbətinə, onların doğma yurdlarına qayıtmaq üçün necə can atmasına, lakin geri döndükləri zaman xarabalığa çevrilmiş yaşayış məntəqələri ilə qarşılamalarına da xüsusi yer ayrılıb.

Məqalədə Azərbaycan Ordusunun cəmi 44 gün davam etmiş müharibə nəticəsində böyük əraziləri azad etməsinə də toxunulur. Qeyd edilir ki, Ermənistan ordusunun 30 il ərzində bu ərazilərdə qurduğu çətin keçilən istehkamlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri ciddi döyüş əzmi nümayiş etdirərək işğal altında olan torpaqların böyük bir hissəsini azad edə bilib. Daha üç rayonu – Ağdam, Kəlbəcər və Laçın rayonlarını Ermənistan ordusu üçtərəfli razılaşmaya müvafiq olaraq, döyüşsüz tərk edib.

1news.az

Paylaş:
602

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər