Sünik sakinləri Paşinyanı ziyarətə buraxmırlar
Səhər saatlarında Sünik sakinləri bölgənin girişinə toplaşaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın gəlişinin qarşısını almağa çalışıblar. Polis Gorus şəhərinin girişində qüvvələr toplayıb.
1news.az erməni KİV-lərinə istinadən xəbər verir ki, asayiş keşikçiləri ilə yerli sakinlər arasında toqquşma baş verib.
Bundan əvvəl Gorus bələdiyyə başçısı Aruş Aruşanyan şəhər sakinlərini Baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə girişini qadağan etməyə çağırıb. Bu barədə o Facebook səhifəsində yazıb.
1news.az
736