Azərbaycan Beynəlxalq Bankından ödənişsiz xidmətlər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankından ödənişsiz xidmətlər

16:40 - 28 / 12 / 2020
Azərbaycan Beynəlxalq Bankından ödənişsiz xidmətlər

Bank xidmətlərinin hər kəs üçün əlçatan olmasından ötrü Azərbaycan Beynəlxalq Bankı daha bir addım atıb.

Bank ödənişsiz “Baza bank xidmətləri paketi”ni istifadəyə verib. Bu, aşağı gəlirli əhali qrupları üçün düşünülmüş universal xidmətlər paketidir. Belə bir tədbir “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda da nəzərdə tutulub. Burada əsas məqsəd ölkəmizdə elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi, bütün vətəndaşların bu imkanlardan faydalana bilməsidir.

“Baza bank xidmətləri paketi” aşağı gəlirli əhali qrupuna Azərbaycan Beynəlxalq Bankının əksər xidmətlərindən ödənişsiz, bir çox xidmətlərindən isə güzəştli şərtlərlə istifadə imkanı verir. Belə ki, müştərilər milli valyutada cari hesabı ödənişsiz açdıra, cari hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet kartını da ödənişsiz ala bilərlər.

Müştərilərin bankın IBA Mobile və İnternet Bank xidmətinə qoşulması, ay ərzində cari hesaba yaşayış minimumu həcmində vəsaitin mədaxil edilməsi, ay ərzində bankın ölkədaxili ekvayer şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşma əməliyyatının aparılması da ödənişsizdir. Bundan başqa, SMS məlumatlandırma sisteminə qoşulma, cari hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın təqdim edilməsi, ay ərzində cari hesab vasitəsilə yaşayış minimumu həcmində ölkədaxili köçürmə əməliyyatının aparılması üçün də müştəridən heç bir ödəniş tələb olunmur.

Qeyd edək ki, maliyyə xidmətlərinə çıxış imkanı olmayan və ya aşağı səviyyədə olan, habelə belə bir imkanı olsa da, xidmətlərin cəlbedici olmaması səbəbindən onlardan istifadə etməyən əhali qrupu üçün bu cür “Baza bank xidmətləri paketi”nin tətbiqi beynəlxalq təcrübədə də geniş yayılıb. Azərbaycan Beynəlxalq Bankının atdığı bu addım ölkəmizdə maliyyə inklüzivliyinin gücləndirilməsinə daha bir dəstək olacaq.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 39 filial və 37 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

 

 

 

Paylaş:
486

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər