Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Qafar Ağayev09:30 - Bu gün
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

"Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək.

1news.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər