ARDNF ötən il valyuta satışını 11%-dək artırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

ARDNF ötən il valyuta satışını 11%-dək artırıb

16:02 - 05 / 01 / 2021
ARDNF ötən il valyuta satışını 11%-dək artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2020-ci ilin dekabr ayı ərzində 637,74 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Dövlət Neft Fondundan verilən məlumata görə, dekabrda valyuta satışında noyabr ayı ilə müqayisədə 28,7% artım qeydə alınıb. Belə ki, 2020-ci ilin noyabrında ARDNF tərəfindən 495,5 mln. dollar məbləğində vəsait satılıb. Ötən ilin dekabr ayı (886,35 mln. dollar) ilə müqayisədə isə bu göstərici 28% azalıb.

Bundan başqa, ötən ilin yanvar-dekabr aylarında ARDNF tərəfindən 7 303,64 mln. dollar məbləğində vəsait satılıb ki, bu da illik ifadədə 10,8% çoxdur.

1news.az

Paylaş:
505

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər