Dünyada koronavirusa yoluxanların sayı 583 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 583 mindən çox artıb

09:21 - 05 / 01 / 2021
Dünyada koronavirusa yoluxanların sayı 583 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 583 mindən çox artıb.

1news.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 583 907 nəfər yeni koronavirusa yoluxub, 7 957 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 83 910 386, ölənlərin isə 1 839 660 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər