Mark Trampın sosial şəbəkə hesablarını dondurdu | 1news.az | Xəbərlər
Dünya

Mark Trampın sosial şəbəkə hesablarını dondurdu

10:06 - 08 / 01 / 2021
Mark Trampın sosial şəbəkə hesablarını dondurdu

ABŞ-ın hazırkı prezidenti Donald Tramp səlahiyyətlərinin bitmə müddətinə qədər "Facebook" və "Instagram"da yazmaq hüququndan məhrum olacaq.

1news.az bildirir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberqin bəyanatında bildirilir:

"Donald Trampın xidmətlərimizdən istifadə etməsinin riskli olduğunu hesab edirik. Buna görə də onun feysbuk və instaqram hesablarının bloklanması müddətini 2 həftəlik uzadırıq".

Qeyd edək ki, 2 gün əvvəl ABŞ Konqresi iclas zamanı hazırkı prezident Donald Trampın tərəfdarlarının hücumuna məruz qalıb. İğtişaşlar nəticəsində 4 nəfər ölüb, 52 şəxs saxlanılıb. Vaşinqtonda komendant saatı elan olunub.

1news.az

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər