Hökumət 2021-ci ilin dövlət büdcəsi haqda qanunun tətbiqi ilə bağlı Maliyyə Nazirliyinə tapşırıqlar verib | 1news.az | Xəbərlər
Siyasət

Hökumət 2021-ci ilin dövlət büdcəsi haqda qanunun tətbiqi ilə bağlı Maliyyə Nazirliyinə tapşırıqlar verib

15:00 - 09 / 01 / 2021
Hökumət 2021-ci ilin dövlət büdcəsi haqda qanunun tətbiqi ilə bağlı Maliyyə Nazirliyinə tapşırıqlar verib

Maliyyə Nazirliyi 2021-ci ildə beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

1news.az-ın verdiyi xəbərə görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda öz əksini tapıb.

Sərəncamda, həmçinin 2021-ci ildə Maliyyə Nazirliyinə:

- Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları ilə bağlı nəzərdə tutulan vəsaitin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları üzrə manat və müvafiq xarici valyutalarda bölgüsü və həmin bölgüdə ediləcək dəyişiklikləri Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində;

- Beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində;

- Beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini iki ay müddətində;

- Xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanına əsasən, 2021-ci ildə beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq üçün 26 000 000,0 manat; Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına 135 300 000,0 manat; beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün 7 000 000,0 manat; beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 96 000 000,0 manat; xarici yardımlar üçün 36 800 000,0 manat ayrılması nəzərdə tutulub.

S.Xankişiyeva

 

Paylaş:
446

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər