İndoneziyada qəzaya uğramış təyyarənin qara qutusu tapıldı | 1news.az | Xəbərlər
Dünya

İndoneziyada qəzaya uğramış təyyarənin qara qutusu tapıldı

16:04 - 12 / 01 / 2021
İndoneziyada qəzaya uğramış təyyarənin qara qutusu tapıldı

Bir neçə gün əvvəl İndoneziyada qəzaya uğramış təyyarənin qara qutusu tapılıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, qara qutu sahilə çıxarıldıqdan sonra qəzanın səbəbləri ilə bağlı araşdırma başlayacaq.

Qeyd edək ki, yanvarın 9-da İndoneziyanın "Sriwijaya Air" şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizi üzərində radarlardan itmişdi. Təyyarənin göyərtəsində azı 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 heyət üzvü olub.

1news.az

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər