“Azərenerji” Suqovuşandakı kiçik su elektrik stansiyalarının təmirinə başlayıb - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərenerji” Suqovuşandakı kiçik su elektrik stansiyalarının təmirinə başlayıb - VİDEO

10:53 - 12 / 01 / 2021
“Azərenerji” Suqovuşandakı kiçik su elektrik stansiyalarının təmirinə başlayıb - VİDEO

“Azərenerji” işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.

“Azərenerji”dən 1news.az-a verilən məlumata görə, qeyd edək ki, erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və ya yenisi ilə əvəzlənir.

Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerji paylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

Qafar Ağayev 

Paylaş:
521

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər