Bu günün statistikası: 1322 nəfər COVID-19-dan sağalıb, 474 nəfər yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 1322 nəfər COVID-19-dan sağalıb, 474 nəfər yoluxub

16:40 - 13 / 01 / 2021
Bu günün statistikası: 1322 nəfər COVID-19-dan sağalıb, 474 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-ın verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib, aktiv xəstə sayı 10 743 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, ötən müddət ərzində isə ümumilikdə 2 287 959 test aparılıb.

S.Xankişiyeva

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər