Koronavirus xəstəsi olan Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi | 1news.az | Xəbərlər
Ermənistan

Koronavirus xəstəsi olan Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

12:25 - 13 / 01 / 2021
Koronavirus xəstəsi olan Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxmuş Ermənistan(Qərbi Azərbaycan) prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.

1news.az erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, bu ayın əvvəlində Londonda koronavirusun yeni ştammına yoluxan A.Sarkisyan ev şəraitində müalicə olunurdu.

Amma həkimlər onda ikitərəfli pnevmoniya aşkar edib. Onun vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Qafar Ağayev

Paylaş:
1071

Son xəbərlər

Bütün xəbərlər