Ermənistanın raket zərbələri sənədləşdirilib – “Amnesty International” Ermənistanı cinayətkar sayır | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın raket zərbələri sənədləşdirilib – “Amnesty International” Ermənistanı cinayətkar sayır

12:56 - 14 / 01 / 2021
Ermənistanın raket zərbələri sənədləşdirilib – “Amnesty International” Ermənistanı cinayətkar sayır

2020-ci il sentyabrın sonundan noyabrın əvvəlindək davam etmiş 44 günlük münaqişə zamanı Ermənistan silahlı qüvvələri Azərbaycanda dinc sakinlərə hücum üçün qeyri-dəqiq ballistik raketlərdən, idarə olunmayan yaylım atəşli raket sistemlərindən və artilleriyadan istifadə edib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "Amnesty International" təşkilatının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, yaşayış məntəqələri yaxınlığında qeyri-dəqiq silahlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı imzalamasından sonra "Amnesty International" nümayəndələri Azərbaycanda raket zərbələri endirilmiş yerlərə baş çəkiblər. Təşkilat erməni qoşunlarının dinc şəhər və kəndlərə endirdiyi və 72 dinc sakinin həlak olduğu 8 raket zərbəsi faktını sənədləşdirib.

Belə ki, oktyabrın 17-də Gəncədə yaşayış məntəqəsinə SCUD-B ballistik raketinin atılması nəticəsində 21 dinc sakin həlak olub, 50-dən çox sakin yaralanıb.

Oktyabrın 27-də Bərdənin Qarayusifli kəndinə kaset bombasının atılması nəticəsində beş nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Hesabatda həmçinin bildirilir ki, oktyabrın 28-də erməni qoşunları cəbhə xəttindən 20 kilometrdən çox məsafədə yerləşən Bərdə şəhərinə bir neçə irikalibrli raket atıb. Raketlərdən biri, içərisində 72 kasset bombası olan "Smerç" raketi insanların sıx olduğu əraziyə düşüb və nəticədə 21 nəfər həlak olub.

"Amnesty International" əlavə edib ki, sentyabrın 27-də Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi nəticəsində bir ailənin 5 üzvü həlak olub.

1news.az

Paylaş:
381

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər