Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Yayılan açıqlamada bildirilib ki, iki ölkənin lideri Azərbaycan-Türkiyə və regional məsələlərlə bağlı müzakirə aparıblar.
R.T.Ərdoğan Azərbaycanın haqlı və böyük bir mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin regionda sülh və rifah üçün yeni imkanlar yaratdığını bildirərək qeyd edib ki, Türkiyənin Azərbaycana bu yeni mərhələdə bütün sahələrdə dəstəyi davam edəcək.
Türkiyə Prezidenti Ermənistan işğalından azad edilən Qarabağ torpaqlarında inşaat və təmir bərpa işlərinin başlanmasına məmnunluğunu ifadə edib.
S.Xankişiyeva