Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

14:44 - 21 / 01 / 2021
Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

1news.az

Paylaş:
541

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər