Nüvə silahının qadağan olunmasına dair beynəlxalq saziş qüvvəyə minib
Nüvə silahının qadağan olunması barədə beynəlxalq saziş yanvarın 22-dən qüvvəyə minib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı müraciət edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, sənəd beynəlxalq aləmin nüvə silahı məsələsinə birmənalı yanaşdığını göstərir.
"Mən böyük məmnuniyyət hissi ilə 20 il ərzində bu sahədə ilk beynəlxalq sənəd olan Nüvə silahının qadağan olunması barədə sazişin qüvvəyə mindiyini elan etmək istəyirəm. Sənəd dünyada sülhün qorunması və dünyanın nüvəsizləşdirilməsi istiqamətində ilk beynəlxalq razılaşmadır. Sazişi ratifikasiya edən ölkələrin bu addımını alqışlayıram. Nüvə partlayışları baş verən və bu sınaq qarşısında qalan ölkələr analoji silahların yayılmasının yaratdığı fəsadların əyani qurbanlarıdır. Sənədin qüvvəyə minməsi nüvə dövlətlərinin informativ-təbliğat xarakterli fəaliyyətinin iflasa uğradığının sübutudur", - deyə A. Quterreş vurğulayıb.
Qeyd edək ki, 2017-ci ilin iyulunda Nyu-Yorkda 122 ölkənin imzaladığı sənəd nüvə silahının alınması, hazırlanması, sınağı, saxlanılması və istifadəsini qadağan edir.
ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin sənədi bu növ silahların yayılmamasında yeganə üsul hesab edir.
1news.az