Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

14:39 - 22 / 01 / 2021
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Yanvar ayının 22-dən 23-nə keçən gecədən etibarın Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Qafar Ağayev

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər