Cəmiyyət

Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

15:33 - 22 / 01 / 2021
Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

2020-ci il dekabrın 10-da elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 7 dövlət orqanında mövcud olan 27 vakant vəzifə üzrə 27 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 226 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Dövlət Turizm Agentliyi, İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsi, Dövlət qulluğu və kadr hazırlığı sektoru, böyük məsləhətçi (1 vakant yer üzrə 29 namizəd), Təhsil Nazirliyi, İnsan resursları şöbəsi, Təhsil müəssisələri ilə iş sektoru, Pensiya siyasəti sektoru, məsləhətçi (1 vakant yer üzrə 27 nəfər) vəzifələri olub.

Müsahibələrin fevralın 1-dən martın 15-dək keçirilməsi planlaşdırılır. Müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Qafar Ağayev

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər

Next TV