Ötən il gömrükdən dövlət büdcəsinə bu qədər pul köçürülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ötən il gömrükdən dövlət büdcəsinə bu qədər pul köçürülüb

16:39 - 22 / 01 / 2021
Ötən il gömrükdən dövlət büdcəsinə bu qədər pul köçürülüb

Dövlət Gömrük Komitəsi (DGK) ötən il əzində dövlət büdcəsinə köçürdüyü vəsaitin həcmini açıqlayıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, 2020-ci il ərzində Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Onun sözlərinə görə, büdcə öhdəliyinə 102,83 faiz əməl olunub.

1news.az

Paylaş:
700

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər