Bu sahələrdə fəaliyyət bərpa olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu sahələrdə fəaliyyət bərpa olundu

09:11 - 25 / 01 / 2021
Bu sahələrdə fəaliyyət bərpa olundu

Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılıb.

1news.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Bu gün saat 00:00-dan etibarən isə ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilib:

- ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

- muzey və sərgi zallarının fəaliyyəti;

- şəhərlərarası və rayonlararası hərəkət.

Qafar Ağayev 

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər