Baş Prokurorluqda kollegiya iclası keçirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluqda kollegiya iclası keçirildi

10:04 - 25 / 01 / 2021
Baş Prokurorluqda kollegiya iclası keçirildi

Yanvarın 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumatda bildirilir ki, kollegiya iclasının təfərrüatları barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qafar Ağayev 

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər