Bu gün AŞ PA-nın qış sessiyası başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bu gün AŞ PA-nın qış sessiyası başlayır

10:19 - 25 / 01 / 2021
Bu gün AŞ PA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sessiya yanvarın 28-dək davam edəcək. 

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və   digər mövzularda fikir mübadiləsi aparılacaq. 

Qeyd edək ki, bu il AŞPA-nın qış sessiyası hibrid formatda (birbaşa və onlayn iştirak) keçiriləcək. Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

1news.az

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər