Cəmiyyət

Məktəblərdə davamiyyət necə olacaq? - Təhsil Nazirliyi açıqladı

13:10 - 27 / 01 / 2021
Məktəblərdə davamiyyət necə olacaq? - Təhsil Nazirliyi açıqladı

Siniflərdə şagird sıxlığı az olsa belə, Bakı, Sumqayıt və Abşeronda fevralın 1-dən ibtidai sinif şagirdləri üçün dərslər həftədə 3 dəfə olacaq.

1news.az xəbər verir ki, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, bölgələrdə siniflərdə şagird sayı çoxdursa, o halda sinif iki qrupa bölünəcək. Sinif şagirdlərinin sayı hər partada bir nəfərin oturmasına imkan verirsə, həmin siniflər məktəbə 5 dəfə gedə biləcəklər.

V.Yaqublu qeyd edib ki, məktəblərdə qaydalara əməl edilmə vəziyyətinin öyrənilməsi üçün daimi monitorinq aparılacaq.

1news.az

Paylaş:
186

Son xəbərlər

Bütün xəbərlər

Next TV