Jan-Batist Lömuan: “İki dost dövlətin anlaşılmazlıqları öz aralarında həll etməsi önəmlidir” | 1news.az | Xəbərlər
Siyasət

Jan-Batist Lömuan: “İki dost dövlətin anlaşılmazlıqları öz aralarında həll etməsi önəmlidir”

16:21 - 27 / 01 / 2021
Jan-Batist Lömuan: “İki dost dövlətin anlaşılmazlıqları öz aralarında həll etməsi önəmlidir”

“Fransa müharibə dövründə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı daima mövqeyini bildirib. Şəxsən mən özüm bu barədə Senatda çıxışımda qeyd etmişdim”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib.

“Təbii ki, müəyyən anlaşılmazlıqlar baş verib. Lakin iki dost dövlətin bunu öz aralarında danışması, həll etməsi önəmlidir. Hər iki prezidentin şəxsində biz bunu gördük. Biz gələcəyə baxmalıyıq. Əsas olan budur. Prezidentlər də telefon danışıqlarında bunu vurğulayıblar. Ümid edirəm ki, iki ölkə arasında qarşılıqlı səfərlər olacaq. Deyərdim ki, bu istiqamətdə ilk bünövrəni qoyanlardan biri mən olmuşam”, - deyə dövlət katibi vurğulayıb.

1news.az

Paylaş:
554

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər