AZƏRTAC-ın fotomüxbiri Beynəlxalq Foto Sənəti Federasiyasının qızıl medalına layiq görülüb - FOTO

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) Hindistanda keçirilən Beynəlxalq “MIRACLE IMAGE 7TH INTERNATIONAL SALON 2021” müsabiqəsinin qızıl medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, FIAP-ın himayəsi ilə altı nominasiyada keçirilən fotomüsabiqəyə dünyanın 71 ölkəsindən 723 müəllifin 14 minə yaxın işi təqdim edilib.
Müsabiqənin “Monoxrom fotoqrafiya” nominasiyasında İ.Cəfərovun 2016-cı ildə Braziliyada keçirilən XV Yay Paralimpiya Oyunlarında çəkdiyi “Qeyri-adi tullanma” adlı fotoşəkil qızıl medala layiq görülüb.
S.Xankişiyeva
499