“Azərbaycanlılar dinc insanları vurmurdular” - Pablo Qonsales | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanlılar dinc insanları vurmurdular” - Pablo Qonsales

13:51 - 01 / 02 / 2021
“Azərbaycanlılar dinc insanları vurmurdular” - Pablo Qonsales

Rusiyanın Lenta.ru saytı İkinci Qarabağ Savaşı əsnasında Dağlıq Qarabağda olmuş ispan jurnalist Pablo Qonsaleslə müsahibə dərc edib.

1news.az bildirir ki, jurnalistin dediyinə görə, döyüşlərin ən qızğın dönəmində Xankəndində və erməni işğalındakı digər şəhərlərdə olub, orada İspaniyanın EFE informasiya agentliyi, baskların "Gara" qəzeti, "Voice of America", Polşanın bir neçə qəzeti və Latın Amerikasındakı bir telekanal üçün materiallar hazırlayıb.

Qarabağdakı şəhərlərin atəşə tutulmasından bəhs edərkən P.Qonsales bildirib ki, Azərbaycan ordusu, sadəcə, hərbi hədəflərə hücum edib.

"Hər halda azərbaycanlılar konkret hədəfləri vurmağa çalışırdılar, məsələn, hava hücumundan müdafiə sistemlərini vururdular. Şəhəri bombalayanda mülki obyektlərə, o cümlədən mehmanxanalara və insanların çox olduqları yerlərə toxunmurdular. Prezident sarayına da atəş açmırdılar, halbuki bina yaxşı göründüyündən onu asanlıqla vurmaq olardı", - Qonsales deyib.

Jurnalist Ağdərə şəhərinə zərbələrdən də danışıb: "Kimsəyə sirr deyil ki, şəhərin içindən erməni artilleriyası atəş açırdı. Azərbaycanlılar da bu səbəbdən həmin hədəfləri vururdular".

1news.az

Paylaş:
430

Son xəbərlər

Bakıda marşrut xətlərinə əlavə 170 avtobus cəlb ediləcək12 / 09 / 2024, 17:46“Boeing 787 Dreamliner” təyyarəsində “pilot” ola bilərsiniz - Simulyator ilk dəfə Bakıda - FOTO12 / 09 / 2024, 17:34Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb12 / 09 / 2024, 17:25“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi davam edir - VİDEO12 / 09 / 2024, 17:07Ceyhun Bayramov Əlcəzairin yeni səfirini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb12 / 09 / 2024, 16:59COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilib12 / 09 / 2024, 16:45AzInTelecom “Chain Reaction 2024” tədbirində iştirak edib - FOTO12 / 09 / 2024, 16:31Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşdı12 / 09 / 2024, 16:11Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıb12 / 09 / 2024, 16:02“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb - VİDEO12 / 09 / 2024, 15:54Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıb12 / 09 / 2024, 15:39“INMerge” Innovasiya Sammitına 1 ay qaldı!12 / 09 / 2024, 15:27COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıb12 / 09 / 2024, 14:59Azərbaycanın sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandı12 / 09 / 2024, 14:51Səhiyyə Nazirliyi Ağdərə rayonunda əhali üçün səyyar müayinələr təşkil edib12 / 09 / 2024, 14:27AFFA nümayəndəsi UEFA-dan təyinat alıb12 / 09 / 2024, 14:14Güclü külək əsəcək - XƏBƏRDARLIQ12 / 09 / 2024, 14:07Nöqsanlara görə işdən çıxarılan bağça müdirlərinin sayı açıqlanıb12 / 09 / 2024, 13:49Ceyhun Bayramov Ermənistanla sülhə təhdid törədən əsas amilləri Lüksemburq XİN rəhbərinin diqqətinə çatdırıb12 / 09 / 2024, 13:28FHN: Ötən sutka ərzində 72 halda yanğına çıxış olub12 / 09 / 2024, 13:13
Bütün xəbərlər