Azərbaycanlı gənc qızıl medal aldı
Gənc azərbaycanlı “Azərbaycan- Ukrayna” Beynəlxalq Alyansı tərəfindən təltif edilib.
1news.az xəbər verir ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbərliyinin qərarı ilə, “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev Alyansın “Qızıl medalı” ilə təltif edilib.
Qeyd edək ki, nazirliyin əməkdaşı Azərbaycanda ilk Zəfər marşının müəllifi, 100-ə yaxın məqalənin müəllifi və “Qarabağ həqiqətləri 1992-2020” layihəsinin rəhbəridir.
1news.az
1677












