Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi pozdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi pozdu

09:55 - 02 / 02 / 2021
Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi pozdu

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, 02 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

1news.az

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər