İbrahim Kalın Baydenin müşaviri ilə Dağlıq Qarabağı müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

İbrahim Kalın Baydenin müşaviri ilə Dağlıq Qarabağı müzakirə edib

10:30 - 03 / 02 / 2021
İbrahim Kalın Baydenin müşaviri ilə Dağlıq Qarabağı müzakirə edib

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, tərəflər telefon danışığı zamanı Türkiyə və ABŞ münasibətlərini, Suriya, Liviya, Şərqi Aralı dənizi, Kipr, Əfqanıstan və Dağlıq Qaradakı vəziyyəti müzakirə ediblər.

Həmçinin tərəflər COVİD-19 pandemiyası və qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə fikir mübadiləsi aparıblar. Söhbət əsnasında qarşıdakı dövr üçün iki ölkə arasında möhkəm, uzunmüddətli və konstruktiv münasibətlər modelini inkişaf etdirmək istəyi ifadə edilib.

1news.az

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər