Yelo Bank 2021-ə 2 milyondan çox mənfəətlə başlayıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yelo Bank 2021-ə 2 milyondan çox mənfəətlə başlayıb - FOTO

12:05 - 03 / 02 / 2021
Yelo Bank 2021-ə 2 milyondan çox mənfəətlə başlayıb - FOTO

Yelo Bank 2.1 milyon mənfəət əldə edib.

Yeni ilə yeni hədəflərlə başlayan Yelo Bank düzgün qurulan strategiyanın ilk bəhrələrini artıq görməyə başlayıb. 

Karantin şərtlərinin yumşalması ilə real sektora dəstəyini bir qədər də gücləndirən Yelo Bank Yanvar ayını 2.1 mln AZN mənfəətlə başa vurub.  

Bankın ümumi kredit portfeli də artaraq 312 mln AZN təşkil edib. Bu artımda əsas pay biznes kreditlərinin üzərinə düşür.

Belə ki, 2021-ci ilin ilk ayı ərzində bank keçən ilin dekabr ilə müqayisədə 4.6 mln AZN daha çox kredit verib.  

Bununla yanaşı, əvvəlki dövrlərlə müqayisədə bankın əməliyyat xərclərində də nəzərə çarpan azalma müşahidə olunub.

Yanvar ayının göstəriciləri Yelo Bank-ı 2021-ci ilə qoyulmuş böyük hədəflərə daha da yaxınlaşdıran ilk uğurlarındandır.

Yelo Bank – Parlaq Bankçılıq!

Reklam hüququnda

Paylaş:
998

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər