Dövlət Xidməti Kamil Zeynallı adlı vətəndaşı heç bir medalla təltif etməyib – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidməti Kamil Zeynallı adlı vətəndaşı heç bir medalla təltif etməyib – RƏSMİ

12:04 - 05 / 02 / 2021
Dövlət Xidməti Kamil Zeynallı adlı vətəndaşı heç bir medalla təltif etməyib – RƏSMİ

Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Xidmətinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib.

S.Xankişiyeva

 

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər