Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq etdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq etdi - VİDEO

12:37 - 05 / 02 / 2021
Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq etdi - VİDEO

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.

Baş Prokurorluqdan 1news.az-abildirilib ki, insanların polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər insanların həyatı üçün təhlükəli ola bilər.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələnin həssaslığı və əhəmiyyəti nəzərə alınaraq növbəti dəfə maarifləndirici videoçarx hazırlanmışdır.

Videoçarxı Baş Prokurorluğun sosial şəbəkə səhifələrindən izləyə bilərsiniz.

S.Xankişiyeva

 

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər