FHN-in bir qrup əməkdaşı minatəmizləmə üzrə kursu başa vurub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in bir qrup əməkdaşı minatəmizləmə üzrə kursu başa vurub – FOTO

10:52 - 06 / 02 / 2021
FHN-in bir qrup əməkdaşı minatəmizləmə üzrə kursu başa vurub – FOTO

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin 35 nəfər əməkdaşı ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi üzrə növbəti kursu müvəffəqiyyətlə başa vurublar.

1news.az-ın verdiyi xəbərə görə, kursda Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə üzrə peşəkar mütəxəssisləri xüsusi təlim keçiblər. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş kursun təşkilində məqsəd əməkdaşların ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Yanvar ayının 6-dan fevralın 4-dək davam edən kursun sonunda FHN əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilib. FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçirilmiş təqdimetmə mərasimində Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy və digər məsul şəxslər iştirak ediblər.

S.Xankişiyeva

 

Paylaş:
786

Son xəbərlər

Bütün xəbərlər