5 siyasi partiya maliyyə hesabatını MSK-ya təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

5 siyasi partiya maliyyə hesabatını MSK-ya təqdim edib

16:52 - 11 / 02 / 2021
5 siyasi partiya maliyyə hesabatını MSK-ya təqdim edib

Siyasi partiyalar 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyə başlayıblar.

1news.az xəbər verir ki, dövlət qeydiyyatından keçmiş 62 partiyadan 5-i artıq maliyyə hesabatını MSK-ya təqdim edib.

Sözügedən partiyalalar Yeni Azərbaycan Partiyası, "Azərbaycan Mübarizləri" Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Azərbaycan Liberal Partiyasıdır.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər