“Caspian Energy Club” növbəti “Online B2G forum” təşkil edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Caspian Energy Club” növbəti “Online B2G forum” təşkil edib

17:04 - 24 / 02 / 2021
“Caspian Energy Club” növbəti “Online B2G forum” təşkil edib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.

Bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Elxan Əsədov tədbir iştirakçılarını salamlayaraq müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsi münasibətilə forum iştirakçılarını təbrik edib. O, ötən il ərzində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin gördüyü işlərdən danışarkən qlobal pandemiyanın ölkə iqtisadiyyatına təsirinə baxmayaraq tikinti sahəsinin geridə qoyduğumuz ildə daha az itkilərlə üzləşdiyini və 2019-cu ilə nəzərən ölkədə aparılan tikinti sayının demək olar ki, dəyişmədiyini vurğulayıb.

“19 fevral 2019-cu ildə cənab Prezident tərəfindən verilən, bəzi çoxmənzilli binalar ın istismarına icazənin sadələşdirilməsi haqqında fərman ilə tikinti şirkətlərinə böyük güzəşt olundu. İstismarda olan, lakin icazəsi olmayan aşkar olunmuş binaların böyük əksəriyyətinə bina sakinlərinin bütün təhlükəsizliyi həyata keçirilərək yoxlanışdan sonra istismarına 1 illik icazə verildi. Bu, bu sahədə atılan ən uğurlu və xalqa doğru atılan addımlardan biri idi”- deyə o, diqqətə çatdırıb.

Daha sonra E. Əsədov “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Elxan Əsədova təşəkkür edib. O, eyni zamanda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Caspian Energy Club arasında olan işçi qrupunun operativ fəaliyyətini qeyd edərək agentliyin rəhbərliyinə klubun üzv şirkətləri adından minnətdar olduğunu bildirib.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Paylaş:
288

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər