Agentlik: Qarlı hava şəraiti sığınacaqda yerləşənlərin sayının artmasına səbəb olmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik: Qarlı hava şəraiti sığınacaqda yerləşənlərin sayının artmasına səbəb olmayıb

Qafar Ağayev12:55 - 24 / 02 / 2021
Agentlik: Qarlı hava şəraiti sığınacaqda yerləşənlərin sayının artmasına səbəb olmayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sığınacaq mərkəzi yalnız qarlı havada deyil, ilin bütün fəsillərində bütün sutka ərzində fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov 1news.az-a bildirib ki, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən həmin sığınacaq mərkəzində 66 nəfər məskunlaşıb. Onların 11-nin yaşı 18-dək, 55-nin yaşı 18-dən çoxdur.

M.Həşimov əlavə edib ki, qarlı hava şəraiti sığınacaqda yerləşənlərin sayının artmasına səbəb olmayıb:

"Yalnız son iki gün ərzində sığınacağa 5 nəfər gətirilib. İki nəfərin isə gətirilməsi gözlənilir".

Agentlik rəsmisi qeyd edib ki, sığınacağa yerləşən şəxslər burada 6 ay qala bilərlər:

"Lakin bu, o demək deyil ki, hava qarlı olarsa və 6 ay tamam olarsa, onlar həmin sığınacağı tərk etməlidirlər. Bu halda onlara daha bir müddət sığınacaqda qalmasına icazə verilir".

M.Həşimov sığınacağa yerləşən şəxslərin məşğulluq imkanlarının araşdırıldığını da söyləyib.

Paylaş:
425

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər