Hava şəraiti ilə əlaqədar paytaxtda baş vermiş yol qəzalarının sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti ilə əlaqədar paytaxtda baş vermiş yol qəzalarının sayı açıqlanıb

09:42 - 25 / 02 / 2021
Hava şəraiti ilə əlaqədar paytaxtda baş vermiş yol qəzalarının sayı açıqlanıb

"Paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib".

1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V. Əsədov bildirib ki, paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda süni tıxaclar yaradıb.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər