Xocalıda baş verənlər nə üçün soyqırımdır? | 1news.az | Xəbərlər
Siyasət

Xocalıda baş verənlər nə üçün soyqırımdır?

S.Xankişiyeva11:05 - 25 / 02 / 2021
Xocalıda baş verənlər nə üçün soyqırımdır?

“Genosid” termini beynəlxalq hüquqda “qəsdən və sistemli şəkildə dövlətin milli, irqi, dini, siyasi və etnik qrupu tam və hissəvi şəkildə məhv etməsi” kimi tanınır.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi soyqırım cinayətinə öz tərifi vardır. Belə ki, bu, qətl anlayışı ilə yanaşı insanların yaşamaq hüququnun inkar edilməsi kimi də xarakterizə edilir. Bunlar isə öz növbəsində soyqırımın “əhalinin qəsdən məhv edilməsi cəhdi” olduğunu bir daha sübut edir və genosidi “kütləvi qırğın” anlayışından tamamilə ayırır.

İkinci Dünya Müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımları həyata keçirilmişdir. Almanların Yəhudilərə qarşı Holokostu, Bosniyadakı etnik təmizləmələr və Ruandadakı qırğınlar tarixin qanlı səhifələrinə çevrilmişdir. Təəssüflər olsun ki, sülh və bəşəriyyətin əleyhinə olan cinayətlər müasir dövrümüzdə də davam etmiş və Azərbaycanın tarixində də qanlı yaraya çevrilmişdir.

Azərbaycan xalqı 1992-ci ilin fevralında televiziya ekranlarında öz həmvətənlilərinin vəhşicəsinə öldürülməsinə: ölən uşaqların, təcavüzə məruz qalan qadınların, yaşlı insanların kəsilmiş cəsədlərinin, yerə səpələnmiş donmuş meyitlərin görüntülərinə dəhşətli şəkildə şahidlik etdi. 600 sakin, 200-dən çox qadın, 83 uşaq, 70 qoca və 150 ​​itkin düşən, 487 yaralı və 1270 mülki şəxs daxil olmaqla 613 azərbaycanlı mülki şəxsin girov götürülməsi ilə nəticələnən həmin gecə Azərbaycan və Ermənistan arasında baş verən Dağlıq Qarabağ müharibəsindəki ən ağır hərbi cinayətə çevrildi. Soyqırım aktı nəticəsində “Xocalı” şəhəri demək olar ki, tamamilə məhv edildi.

Bu az deyilmiş kimi, qırğına məruz qaldıqdan sonra Xocalı şəhərini boşaltmağa çalışan mülki şəxslər Ermənistan qoşunları tərəfindən izlənilərək vəhşicəsinə qətlə yetirildilər. Ermənistan hökuməti tərəfindən düşünülmüş terror siyasətinin bir hissəsi olan Xocalı hadisəsi mülki insanları öldürmək və qorxutmaq yolu ilə onları bölgədən qaçırmaq cəhdi idi. Bu Ermənistan ordusunun Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrini işğal etməsinə imkan verəcəkdi. İstənilən şəkildə bu təmiz və sadə bir etnik təmizləmə idi.

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərmişdir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi bu gün Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olaraq müəyyənləşdirilib və bu istiqamətdə davamlı olaraq addımlar atılmaqdadır.

Həyata keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində bu qırğının Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktı kimi tanınması üçün sərgilər, təqdimatlar, kitablar, müxtəlif dillərdə çap olunmuş jurnal və qəzet materialları nümayiş etdirilmiş, müxtəlif şəhərlərdə mitinqlər və konfranslar baş tutmuş, "Xocalı soyqırımı: siyasi, hüquqi və psixoloji aspektlər" mövzusunda dəyirmi masalar və sosial şəbəkələrdə onlayn kampaniyalar keçirilmişdir. Bu günə qədər onlarla ölkədə uğurla fəaliyyət göstərən bu kampaniyaya 120 mindən çox insan və 115 təşkilat qoşulub. Nəticə olaraq, Xocalı qətliamı hal-hazırda 10 ölkədə və Amerika Birləşmiş Ştatlarının 21 əyalətində qəbul edilmiş parlament aktları ilə tanınır.

Xocalıda yaşanan dəhşət və həmin gecənin canlı şahidləri ilə müsahibələr dünyanın bir çox milli və beynəlxalq səviyyəli kitab, jurnal, qəzet və məqalələrində yer almışdır. Bunlarla yanaşı Xocalı genosidinin əsl təşkilatçısının Ermənistan hökuməti olduğunu danılmaz bir fakt olaraq dünyaya təqdim edən əsas məqam isə onların öz fikirləri ilə etiraf olunmuş kitab və müsahibələridir.

Bu gün belə satışda olan və Marker Melkonyanın yazdığı “Qardaşımın Yolu” kitabı erməni silahlısı və Xocalı qətliamının iştirakçısı olmuş Monte Melkonyanın həyatına həsr olunmuşdur. Xarici dillərə tərcümə olunmuş kitabın Ermənistan terrorçusunun “qəhrəman” kimi qələmə verilməsi nə qədər təəssüf hissi doğursa da, orada qeyd olunan sətirlər Xocalı şəhərinə edilən hücumun strateji bir hədəf olduğunu da açıq şəkildə sübut edir və Ermənistanın terrorçu xislətini ortaya qoyur.

Həmçinin, keçmiş erməni lideri Serj Sarkisyan 2004-cü ildə İngilis jurnalisti Tomas de Waal-a verdiyi müsahibədə: "Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini düşünürdülər; ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olduğunu düşünürdülər. Biz bunun əksini sübut edə bildik…" sözləri ilə Xocalı qətliamında Ermənistan hökumətinin birbaşa iştirakı olduğunu öz sözləri ilə sübut etmişdir.

Bir daha ermənilər tərəfindən “Xocalı” da baş verən qırğın beynəlxalq humanitar hüququn qanun və qaydalarına, BMT Konvensiyalarına, qadın və uşaq hüquqları ilə bağlı insan haqqları perspektivlərinə və dağıdılmış Xocalı şəhərinə əsaslanan aşkar faktlarla etnik təmizləmədir. Azərbaycan ötən 27 il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən icrasına nail olunmamış 4 əsas qətnaməni icra edərək regionda sülhü və ədaləti bərqarar etsə də, təəssüf olsun ki, Xocalı qətliamı bir çox dünya dövlətləri tərəfindən hələdə ədalətsiz bir şəkildə tanınmamış olaraq qalır. Beləliklə, Azərbaycan həmin qanlı gecənin şahidi olan insanların naminə mübarizəsini davam etdirəcək və Xocalını qətliam kimi dünyada tanıdacaqdır.

Xocalı qətliamının tanınması və Xocalı cinayətinin qatillərinin beynəlxalq arenada öz cəzalarını alması, sadəcə o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımların və qırğınların qarşısının alınmasıdır. Dünyanın bu soyqırıma qarşı laqeyd qalması, gələcək nəsillərin millətlər arasında dostluq və birliyə olan ümidlərini yox edəcəkdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
314

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər