Hafiz Paşayev: 29 ildə ilk dəfədir ki, bu il qələbədən sonra Xocalı soyqırımının ildönümünü qeyd edirik | 1news.az | Xəbərlər
Siyasət

Hafiz Paşayev: 29 ildə ilk dəfədir ki, bu il qələbədən sonra Xocalı soyqırımının ildönümünü qeyd edirik

Qafar Ağayev10:21 - 26 / 02 / 2021
Hafiz Paşayev: 29 ildə ilk dəfədir ki, bu il qələbədən sonra Xocalı soyqırımının ildönümünü qeyd edirik

“26 Fevral Ermənistan Azərbaycan konfliktində ən qanlı gündür” .

1news.az xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.

H.Paşayev bildirib ki, Ermənistan silahlı qüvvələrinin vəhşiliyi nəticəsində Xocalıda günahsız azərbaycanlılar qurban olub:

"Onlar şəhid olmaqla öz adlarını tarixə yazıblar. Bu anım günlərinin məqsədi odur ki, bu faciəli gün heç vaxt yaddan çıxmasın. 29 ildə ilk dəfədir ki, bu il qələbədən sonra Xocalı soyqırımının ildönümünü qeyd edirik. Qəhrəman ordumuz sayəsində 2020-ci ildə işğal altında olan torpaqlarımız azad olub. Vətən müharibəsində qələbəmiz Xocalı qurbanlarının da ruhunu şad edir".

Paylaş:
288

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər