Ceyhun Bayramovdan minalanmış ərazilərə görə ÇAĞIRIŞ
Vətən müharibəsində Ermənistanın cəbhə xəttindən xeyli uzaqda yerləşən əraziləri, mülki insanları raketlərlə atəşə tutmasının şahidi olduq.
1news.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən konfransda deyib.
O bildirib ki, cəzasızlıq sindromu təkrar terror törətməsinə zəmin yaradır: "Ermənistanın dinc əhalini atəşə tutması Ermənistan rəhbərliyinin terrorçu düşüncəsindən xəbər verir" .
Nazir bildirib ki, Ermənistan bu günə qədər minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir.
"10 noyabr 2020-ci il tarixli bəyanat imzalandıqdan sonra Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə diversant göndərib. Biz dünya dövlətlərini bunu qınamağa çağırırıq", - deyə C.Bayramov əlavə edib.
Nazirin deyib ki, 29 ildir Xocalı soyqırımı bizdən ədalət tələb edir.
"Azərbaycan bu ədalətin bərpa olunması istiqamətində işləri davam etdirəcək.
"Dünya dövlətləri, beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı kənar müşahidəçi kimi fikir bildirməli, ədalətli mövqe sərgiləməlidirlər" .