“YAŞAT” Fondunun rəhbəri: Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq | 1news.az | Xəbərlər
Siyasət

“YAŞAT” Fondunun rəhbəri: Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq

11:50 - 26 / 02 / 2021
“YAŞAT” Fondunun rəhbəri: Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq

"Türkiyədən ölkəmizə bir qrup həkimlər dəvət olunmuşdu. Həmin həkim heyətinin tərkibində ortoped, travmatoloq, ümumi cərrah, beyin cərrahı və digər ixtisaslı həkimlər var idi. Onlar üç gün ərzində bizim tibb müəssisələrində ağır vəziyyətdə olan qaziləri müayinə ediblər".

Bunu APA-ya açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, müayinələrin nəticəsinə uyğun olaraq əgər qazilərimizin ölkə xaricində əməliyyatına və müalicəsinə ehtiyac yaranarsa onlar xaricdə müayinə və müalicəyə göndərəcəklər:

"Hazırda 18 qazimiz Türkiyədədir. Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq. Qarşıdakı günlərdə növbəti qazilərimizdən də əməliyyat üçün Türkiyəyə yola salınanlar olacaq. Təxminən 10-a yaxın qazimiz artıq Türkiyədə əməliyyat olunub, vəziyyətləri normaldır. Hər bir qazimizlə hər gün maraqlanırıq, onların müalicəsinin necə getdiyini diqqət mərkəzində saxlayırıq. İsraildən isə yaxın günlərdə göz həkimlərinin ölkəmizə gəlməsi nəzərdə tutulur".

Paylaş:
300

Son xəbərlər

“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11
Bütün xəbərlər