Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkası keçirilir – ÜNVAN | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkası keçirilir – ÜNVAN

S.Xankişiyeva10:10 - 27 / 02 / 2021
Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkası keçirilir – ÜNVAN

Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə "Kənddən Şəhərə" Yarmarkası keçirilir.

Bu barədə 1news.az-a Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Yarmarkanın ünvanları:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər