AFFA 4 klubu cərimələdi | 1news.az | Xəbərlər
Futbol

AFFA 4 klubu cərimələdi

Qafar Ağayev16:05 - 01 / 03 / 2021
AFFA 4 klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 17-ci turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
17-ci turun “Sabah” – “Keşlə” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
17-ci turun “Zirə” – “Neftçi” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
1-ci divizionun 14-cü turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər