“STP Təcrübə Proqramı - 2021” layihəsi başlayır! | 1news.az | Xəbərlər
Cəmiyyət

“STP Təcrübə Proqramı - 2021” layihəsi başlayır!

16:32 - 01 / 03 / 2021
“STP Təcrübə Proqramı - 2021” layihəsi başlayır!

Sumqayıt Texnologiyalar Parkı (STP) “STP Təcrübə Proqramı - 2021” ödənişli təcrübə proqramına start verir.

STP-nin əsas strateji hədəflərindən biri sənaye sektorunda kadr potensialının artırılması, peşəkar mütəxəssisləri yetişdirməklə qeyri-neft sektorunun əmək bazarına öz töhvəsini verməkdir. Layihənin başlıca məqsədi təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan, lakin öyrənməyə meyilli gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır. Layihə çərçivəsində gənclər Regionun qeyri-neft sektorunun ən böyük istehsalçısı olan sənaye müəssisəsində yerli və xarici peşəkarlarla birgə təcrübə keçmək və çalışmaq imkanını əldə edəcəklər.

Təcrübə proqramı STP, onun Biznes Vahidləri və Birgə müəssisələrində 20-yə yaxın müxtəlif peşə və ixtisası əhatə edəcəkdir.

Müraciət edən namizədlər əvvəlcədən elan olunmuş meyarlar əsasında seçiləcək. 6 aylıq təcrübə müddətində xüsusi fərqlənmə göstərən iştirakçılar STP-nin tərəfdaşları olan Türkiyənin iri sənaye müəssisələrində təcrübə qazanmaq şansını əldə edəcəklər.

Sumqayıt Texnologiyalar Parkı təcrübə proqramına aktiv, məsuliyyətli və nəticəyönümlü, yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli, komandada işləmə bacarığına malik gəncləri toplamaq niyyətindədir.

Xatırladaq ki, hazırda Texnoparkın mövcud əməkdaşlarının 5%-i STP-nin təcrübə proqramlarının uğurlu məzunlarıdır. Belə ki, savadı, bacarığı və işləmək həvəsi yüksək olan, müəssisəmizə faydalı ola biləcək hər kəsin STP-də çalışmaq imkanı mövcuddur.

“STP Təcrübə Proqramı - 2021” layihəsində iştirak etmək istəyən namizədlər müraciət qaydaları, təcrübə üçün mövcud tələblər barədə ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərlər.

LinkedIn – https://www.linkedin.com/showcase/stp-intership

Reklam hüququnda

Paylaş:
283

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər