Nazir: Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik

16:11 - 02 / 03 / 2021
Nazir: Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik

Qardaş Türkiyənin dəstəyini sadəcə Qarabağ müharibəsində deyil, bütün tarix boyunca hiss etmişik. 100 il öncə də Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycanı, Bakını işğaldan xilas etdik. Bu gün isə Qarabağı sizin dəstəyinizlə işğaldan azad etdik. Türkiyə dövlətinə və qardaşlarımıza təşəkkür edirəm. Bu dəstəyi heç bir zaman unutmadıq, unutmayacağıq.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyədə rəsmi səfərdə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altunla görüşü zamanı Mədəniyyət naziri Anar Kərimov deyib. O qeyd edib ki, Azərbaycan əsgərləri Qarabağda böyük bir qəhrəmanlıq göstərdi və bu, sadəcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının zəfəridir: “Gənc nəsilimiz tariximizlə fəxr etməlidir. Otaq tariximizi, kimliyimizi daha yaxşı tanıtmaq üçün əlimizdən gələni edəcəyik”.

Nazir informasiya savaşında və ermənilərin Azərbaycanın sivil insanlarını atəşə tutması ilə bağlı Türkiyənin böyük dəstək verdiyini vurğulayıb: “Müharibə ərazilərdə bitsə də masada hələ də davam etməkdədir. Artıq mədəni diplomatiya sahəsindəki təzyiqləri görürük. Bu səbəbdən birlikdə işimizi proaktiv şəkildə davam etdirməyimiz çox vacibdir. Ermənistanın Dağlıq Qarabağda mədəni irsə qarşı etdiyi vəhşiliyi bütün dünyaya göstərmək üçün “Peace for Culture” adı ilə başlatdığımız kampaniyada da türkiyəli qardaşlarımızın dəstək verəcəyini gözləyirik”.

Paylaş:
304

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər