“Azərpoçt”a yeni baş direktor təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərpoçt”a yeni baş direktor təyin olunub

17:34 - 02 / 03 / 2021
“Azərpoçt”a yeni baş direktor təyin olunub

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-yə yeni baş direktor təyin olunub.

1news.az-ın məlumatına görə, Əfqan Cəlilov bu vəzifəyə təyin edilib.

O, bu vəzifədə Emin Əfəndiyevi əvəz edib.

Ə.Cəlilov 2016-2020-ci illərdə "AGBank" ASC-də İdarə Heyətinin sədri, bu il fevralın 3-dən "Azərpoçt"da baş direktor müavini vəzifəsində işləyib.

Qeyd edək ki, ötən ay Nazim Süleymanov "Azərpoçt"un baş direktoru müavini vəzifəsinə təyin edilmişdi.

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər