Kür çayında qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı reyd keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kür çayında qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı reyd keçirilib

Qafar Ağayev09:27 - 03 / 03 / 2021
Kür çayında qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı reyd keçirilib

Respublika Balıqçılar İttifaqı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Kür çayının Şəmkir rayonunun ərazisindən keçən hissəsində qanunsuz və qadağan olunan vasitələrlə balıq tutumaqla məşğul olan şəxslərə qarşı reyd keçirilib.

1news.az-a xəbər verir ki, keçirilən reyd zamanı Kür çayı sahilində qanunsuz, həmçinin istifadəsinə tamamilə qadağan edilən vasitələrdən istifadə etməklə balıq tutulması prossesinin aparıldığı məlum olub. Xüsusən dövlət tərəfindən istifadəsinə qadağa qoyulan sintentik torlardan istifadə edilməsi faktları aşkarlanıb.

“Reyd bir daha göstərdi ki, brokonyerlərlə yanaşı hətta bəzi kvota sahibləri belə tətbiq olunan qaydaları kobud şəkildə pozur. Söhbət ondan gedir ki, rəsmi icazəsi olan bəzi şəxslər göstərilən rəqəmlərdən dəfələrlə artıq balıq tutur”, - deyə Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev bildirib.

Reyd zamanı brokonyerlərə məxsus motorlu qayıq aşkarlanıb. Qadağan olunan sintetik torlar tamami ilə məhv edilib. Ümumiyyətlə, təkcə Kür çayının qərb bölgəsindən keçən hissəsində deyil, Azərbaycanın bir çox ərazilərində balıq tutulması prossesi qaydaların kobud şəkildə pozulması ilə də müşahidə edilir.

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər